Geri qayıt Çap et

Livanın cənubu atəş altında: İsrail artilleriya və aviasiyadan istifadə etdi

İsrail ordusu Livanın cənubundakı bir sıra ərazilərə, o cümlədən strateji əhəmiyyət daşıyan Əli ət-Tahir yüksəkliklərinə intensiv artilleriya və aviasiya zərbələri endirib.

Livanın Al-Wataniya informasiya agentliyinin məlumatına görə, İsrail qüvvələri Hadasa və Haris yaşayış məntəqələri arasındakı əraziyə, həmçinin Nabatiyə bölgəsində yerləşən Əli ət-Tahir yüksəkliklərinə güclü artilleriya atəşi açıb.

“İsrail Hadasa və Haris yaşayış məntəqələri arasındakı əraziyə, eləcə də Nabatiyə rayonundakı Əli ət-Tahir yüksəkliklərinə intensiv artilleriya zərbələri endirib”, – məlumatda bildirilir.

Bundan başqa, İsrail hərbi təyyarələrinin Livanın cənubundakı Əl-Mənsuri yaşayış məntəqəsinə hava zərbələri endirdiyi qeyd olunur.

Denmedia.az