Geri qayıt Çap et

İsrail Qəzzada kosmosdan görünən sədd inşa edir

İsrail hərbçiləri Qəzza zolağı daxilində torpaqdan müdafiə sədləri inşa etməyə başlayıblar.

Bu barədə peyk görüntülərinə istinadən Associated Press məlumat yayıb. İnformasiyanı İsrail ordusu da təsdiqləyib.

Agentliyin məlumatına görə, İsrail son aylarda 23 kilometr uzunluğunda müdafiə qurğuları tikib.

Sədlər İsrail qüvvələrinin HƏMAS ilə atəşkəs razılaşması çərçivəsində geri çəkildiyi “sarı xətt” boyunca yaradılır. Bundan əlavə, ayırıcı xətt boyunca “təhlükəsizlik zonası” da formalaşdırılıb.

İsrail ordusu torpaq sədlərinin dəqiq uzunluğunu açıqlamaqdan imtina edib/

Denmedia.az