ABŞ Silahlı Qüvvələri Hörmüz boğazı yaxınlığında İran hədəflərinə qarşı yeni zərbələr seriyasına başlayıb.
Bu barədə Axios portalının jurnalisti Barak Ravid amerikalı rəsmiyə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, bu addım həmin gün səhər saatlarında kommersiya tankerinə qarşı İran tərəfindən həyata keçirildiyi iddia olunan hücuma cavab olaraq atılıb.
Zərbələrin xarakteri, vurulan obyektlərin sayı və mümkün nəticələri barədə əlavə məlumat verilməyib.
Rəsmi qurumlar hələlik məsələ ilə bağlı açıqlama yaymayıblar.