Geri qayıt Çap et

Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd olunur

Bu gün Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd olunur.

Azərbaycan Silahlı Qüvvələri 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin Gəncədə qəbul etdiyi qərarla yaradılıb.

1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra ordu ləğv edilib. 1991-ci il oktyabrın 9-da isə Azərbaycan Ali Soveti “Silahlı Qüvvələrin yaradılması haqqında” qanun qəbul edib.

Azərbaycan Silahlı Qüvvələrinin tərkibinə Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hava Hücumundan Müdafiə Qoşunları və Hərbi Dəniz Qüvvələri daxildir.

DenMedia.az