Geri qayıt Çap et

Kiyevdə bağlama yoxlanılarkən partlayış oldu: ölən və yaralananlar var

Kiyevin Obolon rayonunda poçt terminalının ərazisində partlayış baş verib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, hadisə bağlamalardan birinin yoxlanılması zamanı qeydə alınıb.

Partlayış nəticəsində 1 nəfər həlak olub, daha 2 nəfər yaralanıb.

Hadisə yerində polis əməkdaşları, partlayıcı maddələr üzrə mütəxəssislər, xilasedicilər və təcili tibbi yardım briqadaları işləyirlər.

Ərazi mühasirəyə alınıb, faktla bağlı kompleks istintaq tədbirləri aparılır.

DenMedia.az