Geri qayıt Çap et

Rusiya Xerson vilayətinə zərbələr endirdi: 6 nəfər öldü

Rusiya Silahlı Qüvvələri Ukraynanın Xerson vilayətinə zərbələr endirib.

Nəticədə 6 nəfər həlak olub, daha 26 nəfər yaralanıb.

Bu barədə vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudin məlumat verib.

“Rusiya hücumu nəticəsində 6 nəfər ölüb, daha 26 nəfər yaralanıb. Xəsarət alanlar arasında 1 uşaq da var”, deyə o, Telegram kanalında bildirib.

DenMedia.az