Geri qayıt Çap et

İsrail Qəzza limanını niyə hədəfə aldı?

İsrail ordusunun pilotsuz uçuş aparatı ilə Qəzza şəhərindəki limana endirdiyi zərbə nəticəsində 1 nəfər həlak olub, aralarında uşaqların da olduğu 18 nəfər yaralanıb.

Bölgədəki şahidlərin məlumatına görə, İsrail PUA-ları Qəzza sahilində yerləşən balıqçı limanında bir araya gələn bir qrup mülki fələstinlini hədəfə alıb.

Səhiyyə mənbələrinin bildirdiyinə görə, hücum nəticəsində 1 nəfər həyatını itirib, aralarında vəziyyəti ağır olan uşaqların da olduğu 18 nəfər bədənlərinin müxtəlif nahiyələrindən xəsarət alıb.

DenMedia.az