Birləşmiş Ərəb Əmirlikləri ABŞ-İsrail hərbi əməliyyatının ilk günlərində, həmçinin apreldə atəşkəs elan edildikdən sonra İrandakı hədəflərə onlarla aviazərbə endirib.
Bu barədə The Wall Street Journal məlumatlı mənbələrə istinadən yazıb.
Mənbələrin sözlərinə görə, BƏƏ Hərbi Hava Qüvvələri İrana zərbələrdə indiyədək bildiriləndən daha əhəmiyyətli rol oynayıb.
Bildirilir ki, İsrail və ABŞ müxtəlif İran obyektlərinə aviazərbələrin endirilməsi üçün BƏƏ-yə operativ kəşfiyyat məlumatları təqdim edib.
Mənbələrin məlumatına görə, zərbələr əsasən Hörmüz boğazındakı Keşm və Əbu Musa adalarına, Bəndər-Abbas liman şəhərinə, Lavan adasındakı neft emalı zavoduna və Fars körfəzi sahilində yerləşən Əsəluye neft-kimya kompleksinə yönəlib.