Geri qayıt Çap et

Bəndər-Abbas yaxınlığında üç partlayış səsi eşidildi

İranın cənubunda, Hörmüz boğazı sahilində yerləşən iri liman şəhəri Bəndər-Abbas yaxınlığında üç partlayış səsi eşidilib.

Bu barədə Fars News agentliyi məlumat yayıb.

Məlumata görə, partlayışlar cümə axşamı təxminən saat 01:30-da Bəndər-Abbasın şərqində qeydə alınıb və hava hücumundan müdafiə sisteminin işə düşməsinə səbəb olub.

Partlayışların səbəbi barədə hələlik rəsmi məlumat verilməyib.

DenMedia.az