Azərbaycan hərbi nümayəndə heyətinin rəhbəri Azər Əliyev çoxmillətli “EFES-2026” təlimləri çərçivəsində Türkiyənin Egey ordusunun və qarnizonunun komandanı İrfan Özsert ilə görüş keçirib.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Görüş zamanı Azərbaycan və Türkiyənin iştirakı ilə keçirilən beynəlxalq təlimlərin döyüş hazırlığının yüksək səviyyədə saxlanılmasında mühüm rol oynadığı vurğulanıb. Qeyd edilib ki, bu cür manevrlər hərbi qulluqçuların peşəkar bacarıqlarının artırılmasına, təcrübə mübadiləsinin genişləndirilməsinə və hərbi sahədə əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verir.
Bundan əlavə, görüş iştirakçıları hərbi və hərbi-texniki sahələrdə qarşılıqlı fəaliyyət məsələlərini, eləcə də qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər.

