Geri qayıt Çap et

İsrail Livanın cənubuna zərbələr endirdi

İsrail ordusu Lebanon Livanın cənubundakı bir neçə bölgəyə zərbələr endirib.

Bu barədə Al Jazeera “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Məlumata görə, İsrail aviasiyası Nəbatiyyə şəhərinin ətrafını, eləcə də Arun və Kəfr-Tibnit yaşayış məntəqələrini bombalayıb.

Bundan əlavə, İsrailə məxsus pilotsuz uçuş aparatlarının Əl-Mənsuri, Burc-Rahhal və Nəbatiyyə əl-Fauka bölgələrinə hücum etdiyi bildirilib.

Denmedia.az