Geri qayıt Çap et

İsrail ordusu atəşkəs fonunda Livana yeni zərbələr endirdi

İsrail ordusu Livanın cənubunda “Hizbullah”a məxsus raket qurğularını vurdu.

Bu barədə İsrail Müdafiə Qüvvələri — Israel Defense Forces (SAXAL) məlumat yayıb.

Məlumata görə, zərbələr gecə saatlarında endirilib və hədəf alınan qurğular döyüşə hazır vəziyyətdə olub.

Zərbələr Deyr-əz-Zəhrani, Rəman və Əs-Saamiyə bölgələrində yerləşən raket sistemlərinə endirilib.

İsrail tərəfi bildirib ki, həmin silahlar həm hərbçilər, həm də mülki əhali üçün təhlükə yaradırdı.

DenMedia.az