Geri qayıt Çap et

Azərbaycan–Çexiya hərbi əməkdaşlığı genişlənir: Yeni plan imzalandı - FOTO

Azərbaycan və Çexiya arasında hərbi əməkdaşlıqla bağlı danışıqlar keçirilib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, görüş Müdafiə Nazirliyinin Beynəlxalq hərbi əməkdaşlıq idarəsində baş tutub və tərəflər mövcud vəziyyət və gələcək perspektivləri müzakirə ediblər.

Məlumata görə, qarşılıqlı maraq doğuran məsələlər üzrə ətraflı fikir mübadiləsi aparılıb, müxtəlif sahələr üzrə brifinqlər təqdim olunub.

Danışıqların yekununda 2026-cı il üçün ikitərəfli hərbi əməkdaşlıq planı imzalanıb.

Görüşün sonunda tərəflər bir-birinə xatirə hədiyyələri təqdim edib və birgə xatirə şəkli çəkdiriblər.



DenMedia.az