Geri qayıt Çap et

İsrail İrana qarşı hər an müharibəyə hazırdır

İsrail Müdafiə Ordusu (SAXAL) İrana qarşı döyüş əməliyyatlarını yenidən başlamağa hazırdır.

Bunu qurumun Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir bildirib.

Onun sözlərinə görə, İran əvvəlki kimi güclü deyil və xeyli zəifləyib:

“İran artıq əvvəlki kimi deyil, daha zəifdir və İsrail lazım gələrsə, istənilən an genişmiqyaslı döyüş əməliyyatlarına qayıtmağa hazırdır.”

Zamir əlavə edib ki, SAXAL-ın İrana qarşı müharibədə əldə etdiyi nəticələr misli görünməmiş və tarixi xarakter daşıyır.

DenMedia.az