Geri qayıt Çap et

Sülh razılaşması kölgədə qaldı: Livanda eskalasiya artır

ABŞ və İran arasında əldə olunan atəşkəsdən sonra Livanda İsrailin zərbələri nəticəsində azı 254 nəfər ölüb, 1 165 nəfər yaralanıb.

Bu barədə Al Jazeeranın yaydığı məlumatda Mülki Müdafiə İdarəsinin hesabatına istinad edilir.

Livanın səhiyyə naziri Rakan Nasreddin bildirib ki, ölkə İsrailin bütün ərazi üzrə “100-dən çox hava zərbəsi” endirməsindən sonra “təhlükəli eskalasiya” ilə üz-üzə qalıb.

“Təcili tibbi yardım maşınları yaralıları xəstəxanalara çatdırmağa davam edir. Beynəlxalq təşkilatları Livanın səhiyyə sektoruna yardım göstərməyə çağırırıq”, — deyə Rakan Nasreddin Al Jazeeraya müsahibəsində bildirib.

Qeyd edək ki, İran, ABŞ və onların müttəfiqləri 8 aprel 2026-cı il gecəsi iki həftəlik atəşkəs barədə razılığa gəliblər.

DenMedia.az