Geri qayıt Çap et

Sərhəddə toqquşmalar səngimir: Əfqanıstan və Pakistan arasında döyüşlər başladı

2 aprel cümə axşamı axşam saatlarında Kabulun rəsmi sərhəd kimi tanımadığı Dyurand xətti boyunca Əfqanıstan və Pakistan hərbçiləri arasında aktiv döyüş toqquşmaları yenidən başlayıb. Bu barədə “Seda-e Əfqan” Telegram kanalı məlumat yayıb.

Atışmalar 3 aprel cümə günü səhər saatlarında da davam edib.

“Əfqanıstan İslam Əmirliyi qüvvələri Pakistan hərbçilərinin artilleriya atəşinə cavab olaraq Xost və Paktiya vilayətlərindən Dyurand xətti boyunca onların mövqelərinə zərbələr endirib.”

Kanalın məlumatına görə, hücumlar nəticəsində Pakistana məxsus bir neçə blokpost məhv edilib, həmçinin qarşı tərəfin canlı qüvvəsi arasında itkilər var.

Ən azı 3 pakistanlı hərbçinin öldürüldüyü bildirilir.

DenMedia.az