Geri qayıt Çap et

Xarkov raket zərbəsinə məruz qaldı — yaralananlar var

Martın 27-nə keçən gecə Rusiya qüvvələri Xarkov şəhərinə raket zərbəsi endirib. Bu barədə şəhər meri İqor Terexov məlumat verib.

“Kiyev rayonuna raket zərbəsi qeydə alınıb, yaralananlar var.”

Sonradan o bildirib ki, raket çoxmənzilli yaşayış binasına düşüb.

Hadisədən əvvəl Ukraynanın Hərbi Hava Qüvvələri şəhər üçün zərbə PUA-ları təhlükəsi barədə xəbərdarlıq etmişdi.

DenMedia.az