Geri qayıt Çap et

İran Təl-Əvivdəki Ben-Qurion beynəlxalq hava limanına hücum etdi

İran Silahlı Qüvvələri İsrailin Təl-Əviv şəhərində yerləşən Ben-Qurion beynəlxalq hava limanına hücum etdiyini açıqlayıb. Bu barədə İran ordusunun rəsmi nümayəndəsi Tasnim agentliyinə bildirib.

Onun sözlərinə görə, hücum zamanı Arash-2 tipli qabaqcıl pilotsuz uçuş aparatlarından istifadə olunub.

“Ordu Ben-Qurion hava limanını Arash-2 tipli qabaqcıl dronlarla uğurla hədəfə alıb”, – deyə nümayəndə qeyd edib.

O əlavə edib ki, Arash-2 aparatları Kian və Arash-1 modellərinin təkmilləşdirilmiş versiyasıdır və daha müasir, daha dağıdıcı imkanlara malikdir.

Bildirilir ki, bu dronların uçuş məsafəsi 2000 kilometrə qədərdir.

DenMedia.az