Geri qayıt Çap et

Səudiyyə Ərəbistanı PUA və raket hücumlarını dəf etdiyini bildirdi

Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi paytaxt Ər-Riyad və ölkənin şərq bölgələrində yeddi pilotsuz uçuş aparatının ələ keçirilərək məhv edildiyini açıqlayıb. Bu barədə Al Jazeera televiziya kanalı məlumat yayıb.

Nazirliyin məlumatına görə, martın 13-ü axşam saatlarından etibarən Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə sistemləri ümumilikdə 20 pilotsuz uçuş aparatını və bir ballistik raketi məhv edib.

Bundan əvvəl isə İran ərazisindən Səudiyyə Ərəbistanındakı Şahzadə Sultan adına aviabazaya doğru buraxıldığı bildirilən ballistik raket havada zərərsizləşdirilib.

Həmçinin hərbçilər Ər-Riyad istiqamətində göndərilən iki pilotsuz aparatın hücum cəhdinin qarşısını alıblar.

Bundan əlavə, ölkənin strateji əhəmiyyətli Şayba neft yatağına yaxınlaşan daha bir pilotsuz uçuş aparatı da hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib.

DenMedia.az