Geri qayıt Çap et

Raket hücumundan sonra İsrail İrana zərbələr endirdi

İsrail İran ərazisində yerləşən infrastruktur obyektlərinə genişmiqyaslı zərbələr endirdiyini elan edib.

Bu barədə ölkənin Hərbi Hava Qüvvələri sosial şəbəkə X-də məlumat yayıb.

Bildirilib ki, zərbələr İran ərazisindəki infrastruktur obyektlərini hədəf alıb.

Bundan az əvvəl isə İsrail Müdafiə Ordusu (TsAXAL) ölkə ərazisinə doğru İrandan yeni raket buraxılışlarının qeydə alındığını açıqlayıb.

Məlumata görə, İsrailin hava hücumundan müdafiə sistemləri raketlərin qarşısını almaq üçün dərhal işə salınıb.

DenMedia.az