Geri qayıt Çap et

İran raketləri Almaniya hərbçilərinin yerləşdiyi bazanı vurdu

İran İordaniyada yerləşən Əl-Əzraq aviabazasındakı Almaniya kontingentinə raket zərbəsi endirib. Bu barədə Der Spiegel məlumat yayıb.

Məlumata görə, 10 mart gecəsi İrandan buraxılan ballistik raketlər Bundeverə məxsus kazarma korpusunu hədəfə alıb. Həmin bazada ABŞ Hərbi Hava Qüvvələrinin bölmələri də yerləşir.

Bildirilir ki, hücum zamanı alman hərbçiləri sığınacaqlarda olduqları üçün xəsarət alan olmayıb.

Hələlik raketlərin birbaşa obyektə dəyib-dəymədiyi və ya bazaya ələ keçirilmiş raketlərin qalıqlarının düşdüyü dəqiq məlum deyil. Ziyanın miqyası dəqiqləşdirilir və hadisə ilə bağlı araşdırma aparılır.

Denmedia.az