ABŞ Silahlı Qüvvələri Ekvadorda yeni hərbi əməliyyata başlayıb.
Bu barədə Pentaqonun Cənub Komandanlığının mətbuat xidməti X sosial şəbəkəsində məlumat yayıb.
Bildirilib ki, əməliyyat Ekvador ordusunun dəstəyi ilə həyata keçirilir və regionda fəaliyyət göstərən terror təşkilatlarına qarşı mübarizəyə yönəlib.
ABŞ komandanlığı bu addımı Latın Amerikasında müttəfiqlərin narkoterrorizmə qarşı birgə mübarizəsinin nümunəsi kimi qiymətləndirib.
Ekvadora göndərilən hərbi kontingentin sayı barədə isə hələlik məlumat açıqlanmayıb.