Geri qayıt Çap et

ABŞ Səudiyyə Ərəbistanına altı E-3C Sentry AWACS təyyarəsi göndərdi

ABŞ son günlər Səudiyyə Ərəbistanındakı Şahzadə Sultan aviabazasına ümumilikdə altı ədəd E-3C Sentry AWACS uzaqmənzilli radiolokasiya və idarəetmə təyyarəsi yerləşdirib. Bu barədə Flightradar24 aviasiya resursunun məlumatlarında qeyd olunub.

Məlumata görə, son iki təyyarə ABŞ-dən transatlantik uçuş həyata keçirərək Avropada aralıq eniş etdikdən sonra Səudiyyə Ərəbistanına çatıb.

Çinin peyk məlumat provayderi MizarVision isə aviabazanın peyk görüntülərini yayımlayıb. Kadrlarda altı təyyarənin hamısının bazada olduğu görünür.

DenMedia.az