Geri qayıt Çap et

Yolu keçən 69 yaşlı kişi avtomobilin qurbanı oldu

Ağsuda avtomobilin vurduğu 69 yaşlı piyada hadisə yerində həlak olub.

Hadisə rayonun Ərəbuşağı kəndi ərazisində qeydə alınıb.

Zaman Piriyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən Mirzağa Məmmədovu (69 yaş) vurub.

Piyada aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində həyatını itirib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Denmedia.az