Geri qayıt Çap et

Mənzildə iki kişinin cansız bədəni aşkarlandı

Gəncədə mənzildə iki kişinin meyiti aşkarlanıb.

Hadisə şəhərin Heydər Əliyev prospektində yerləşən 20 nömrəli binada qeydə alınıb.

İlkin ehtimala görə, hər iki şəxs dəm qazından zəhərlənərək həyatını itirib.

Meyitlərin 1987-ci il təvəllüdlü Tural Məmmədova və 1972-ci il təvəllüdlü İsgəndər Hacıyevə məxsus olduğu müəyyən edilib.

Meyitlər müayinə üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə təhvil verilib.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma başlanıb.

Denmedia.az