Geri qayıt Çap et

“Toyota” aşdı: İki gənc həyatını itirdi

Şəmkirdə iki nəfərin ölümü, bir nəfərin isə ağır yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, “Toyota” markalı avtomobilin aşması nəticəsində 1995-ci il təvəllüdlü Eşqin Abbasov və Elgün Abbasov həyatlarını itiriblər.

Qəza zamanı 1994-cü il təvəllüdlü R. Səfərov da xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Denmedia.az