Geri qayıt Çap et

Şamaxıda bədbəxt hadisə: Qadın su çəninə düşərək öldü

Şamaxıda 50 yaşlı qadın faciəvi şəkildə həyatını itirib.

Hadisə şəhər ərazisində qeydə alınıb.

Şamaxı şəhər sakini, 50 yaşlı Pakizə Gülaməddin qızı Piriyeva yaşadığı evin həyətindəki su çəninə düşərək boğulub.

Qadının ruhi-əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Denmedia.az