Geri qayıt Çap et

Bakı–Astara yolunda ağır qəza: 36 yaşlı qadını avtomobil vurdu

Bakı–Astara avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qəza magistralın Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, minik avtomobili 1990-cı il təvəllüdlü Aynur Zabiyevanı vurub.

Qəza nəticəsində ağır xəsarətlər alan qadın təcili olaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Denmedia.az