Geri qayıt Çap et

Xırdalanda avtomobilin vuraraq öldürdüyü şəxsin kimliyi bəlli oldu- FOTO

Xəbər verdiyimiz kimi, Bakı-Sumqayıt magistral yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Denmedia.az" xəbər verir ki, hadisə yolun Xırdalan şəhərindən keçən hissəsində qeydə alınıb.
Belə ki, avtomobil yolu keçən 52 yaşlı Cavidan Rəşidovu vurub. Ağır xəsarətlər alan piyada hadisə yerindəcə ölüb.
Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Hazırda piyadanın şəxsiyyəti dəqiqləşdirilir.
Hadisənin başvermə səbəbi araşdırılır.
Nizami Rəsulov