Geri qayıt Çap et

15 yaşlı Ömər binanın 5-ci mərtəbəsindən yıxıldı

Gəncədə 15 yaşlı yeniyetmə yaşayış binasının beşinci mərtəbəsindən yıxılaraq ağır xəsarət alıb.

Denmedia.az-ın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində baş verib.

Belə ki, 2011-ci il təvəllüdlü Ömər Rzayev binanın beşinci mərtəbəsindən yıxılıb.

Ağır xəsarət alan yeniyetmə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.