Geri qayıt Çap et

Bakı bulvarında təhlükəli anlar: 20 yaşlı gənci dalğıclar xilas etdi - VİDEO

 Dənizkənarı Milli Park ərazisində qayalıqda köməksiz vəziyyətdə qalan 20 yaşlı gənc xilas edilib.

Hadisə paytaxtın Səbail rayonunda qeydə alınıb.

“112” qaynar telefon xəttinə daxil olan məlumat əsasında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupu hadisə yerinə cəlb edilib.

Məlumata görə, 20 yaşlı Mədət Fərhad oğlu Əliyev ehtiyatsızlıq nəticəsində dəniz kənarına yıxılaraq qayalıqda köməksiz vəziyyətdə qalıb.

Gənc dalğıclar tərəfindən təhlükəli ərazidən təxliyə edilib.

Denmedia.az