Geri qayıt Çap et

Qubada avtomobil aşıb: Ölən və xəsarət alanlar var-FOTO

Qubada ölümlə nəticələnən yol nəqliyyat hadisəsi olub.
“Denmedia.az”- ın Şimal birosunun məlumatına görə , Quba rayonunun Tüləkəran kəndi ərazisində yol nəqliyyat hadisəsi baş verib. Beləki, Yuxarı Tüləkəran kənd sakinləri, 1995-ci il təvəllüdlü Əlirzayev Nurəli Vidadi oğlu idarə etdiyi "NİVA" markalı avtomobili aşırıb nəticədə sərnişin 2003-cü il təvəllüdlü Ədilov Fəqan Habil oğlu ölüb, sürücü və digər sərnişin, 2005 -ci il təvəllüdlü Ədilov Nuray Habil oğlu xəsarətlər alıblar.
Faktla bağlı araşdırma aparılır.

Nüşabə Baxşıyeva