Geri qayıt Çap et

Azərbaycanda videogörüntülərlə şantaj – 38 yaşlı şəxs həbs edildi

Azərbaycanda 38 yaşlı kişi videogörüntülərlə şantaj etməkdə və hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunur.

Denmedia.az lent.az-a istinadən xəbər verir ki, 38 yaşlı S. Kazımov 44 yaşlı R. Bağırovun döyülməsini əks etdirən görüntülərlə onu şantaj edib.

İttihama əsasən, S. Kazımov həmin görüntülərlə R. Bağırovu hədələyərək ondan 8 min manat tələb edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə cinayət işi başlanıb və S. Kazımov barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırma davam edir.