Geri qayıt Çap et

Göyçayda “VAZ”la “Ford” toqquşdu – Bir nəfər yaralandı

Göyçay şəhərində iki avtomobilin toqquşması nəticəsində bir nəfər xəsarət alıb.

Hadisə şəhər ərazisində baş verib.

Hərəkətdə olan “VAZ-2106” və “Ford” markalı avtomobillər toqquşub. Qəza nəticəsində “VAZ-2106”nın sürücüsü Əkbər Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralıya ilkin tibbi yardım göstərilib. Hadisə zamanı hər iki avtomobilə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Denmedia.az