Geri qayıt Çap et

Yasamalda faciəvi qəza – Yeraltı dayanacaqdan çıxan maşın qadını öldürdü

Bakının Yasamal rayonunda yeraltı dayanacaqdan çıxan avtomobil yaşlı qadını vuraraq öldürüb.

Denmedia.az Report-a istinadən xəbər verir ki, hadisə Naxçıvani küçəsi, 15 ünvanında yerləşən yaşayış binasının qarşısında baş verib.

İlkin məlumata görə, 1958-ci il təvəllüdlü Həsən Arif oğlu Seyidbəyov idarə etdiyi “Mitsubishi Outlander” markalı avtomobillə yeraltı dayanacaqdan çıxarkən 1955-ci il təvəllüdlü Esmira Həsənağa qızı Sadıqovanı vurub.

71 yaşlı qadın aldığı xəsarətlərdən xəstəxanada həyatını itirib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.