Geri qayıt Çap et

Qaradağda faciə – Yaşlı kişi avtomobilin qurbanı oldu

Bakının Qaradağ rayonunda 80 yaşlı piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə “Abşeron” Ticarət Mərkəzinin qarşısında qeydə alınıb.

İbrahim Arzu oğlu İbrahimov idarə etdiyi “VAZ-21154” markalı avtomobillə yolu keçən Əfsər Əkbər oğlu Əhmədovu vurub.

Ağır xəsarətlər alan 80 yaşlı kişi xəstəxanaya çatdırılsa da, orada həyatını itirib.

Faktla bağlı cinayət işi başlanıb.

Denmedia.az