Geri qayıt Çap et

Goranboyda şəhid anası faciəvi şəkildə həyatını itirdi

Goranboy rayonunun Todan kəndində avtomobilin dərəyə aşması nəticəsində şəhid anası həyatını itirib.

Denmedia.az Oxu.Az-a istinadən xəbər verir ki, qəzada həlak olan 1962-ci il təvəllüdlü Nagilə Həsənəliyeva şəhid Sirac Həsənəliyevin anası olub.

Sirac Həsənəliyev 1991-ci ildə Ermənistan ordusunun Todan kəndini raket atəşinə tutması nəticəsində həlak olub.

Həmin vaxt evlərinin qarşısında oynayan 6 yaşlı Sirac qəlpə yarası alaraq həyatını itirib.

Yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılır.