Geri qayıt Çap et

Xurma yığmaq istəyərkən faciəvi şəkildə öldü – Ucarda bədbəxt hadisə

Ucar rayonunda bədbəxt hadisə nəticəsində bir nəfər həyatını itirib.

Hadisə rayonun Qulabənd kəndində baş verib.

Məlumata görə, 1988-ci il təvəllüdlü rayon sakini Elvin Xankişiyev qonşusunun həyətyanı sahəsində dəmir nərdivan vasitəsilə ağacdan xurma yığmaq istəyib.

Bu zaman ağacın yaxınlığından keçən elektrik xəttindən cərəyan vurması nəticəsində o, hadisə yerində həyatını itirib.

Denmedia.az