Geri qayıt Çap et

Şabanlı kəndində ağır yol qəzası – İki sakin yaralandı

Cəlilabad rayonunun Şabanlı kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Denmedia.az Oxu.Az-a istinadən xəbər verir ki, “VAZ-2106” və “VAZ-21011” markalı iki minik avtomobili toqquşub.

Qəza nəticəsində yerli sakinlər Ceyhun Beqaliyev və Zeynal Niftəliyev xəsarət alıblar.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.