Geri qayıt Çap et

Oğuzda qorxunc hadisə – Meşədən kişi meyiti tapıldı

Oğuz rayonunda meşəlik ərazidə kişi meyiti aşkar edilib.

Hadisə oktyabrın 31-də səhər saatlarında Oğuz şəhəri ərazisində qeydə alınıb.

Məlumata görə, 1965-ci il təvəllüdlü Aqil Rəsulovun yanmış meyiti şəhərin meşəlik ərazisində tapılıb.

Faktla bağlı Oğuz Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Denmedia.az