Ələt–Astara magistralında iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsinin təfərrüatı və həyatını itirənlərin şəxsiyyəti məlum olub.
Denmedia.az apa-ya istinadən xəbər verir ki, qəza magistralın Salyan rayonu ərazisindən keçən hissəsində baş verib.
Belə ki, Salyan rayonunun Muğangəncəli kənd sakini, 1970-ci il təvəllüdlü Ələkbər Həsənov idarə etdiyi “Qazel” markalı avtomobillə qoşqulu yük maşınına toxunub. Nəticədə avtomobil idarəetmədən çıxaraq yolun dəmir arakəsməsinə çırpılıb.
Ağır qəza nəticəsində sürücü Ələkbər Həsənov və onun həmkəndlisi, 1973-cü il təvəllüdlü Fariz Qarayev hadisə yerində həyatlarını itiriblər.
Faktla bağlı araşdırma aparılır.