Sumqayıtda altı avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə şəhərin Babək küçəsində qeydə alınıb.
İlkin məlumata görə, “Opel” markalı avtomobilin sürücüsü idarəetməni itirərək yol kənarında dayanmış “Opel”, “Hyundai”, “Toyota”, “Mercedes” və “Range Rover” markalı avtomobillərə çırpılıb.
Qəza nəticəsində avtomobillərə ciddi ziyan dəyib.
Hadisə zamanı xəsarət alanların olub-olmaması barədə məlumat verilməyib.