Geri qayıt Çap et

Evin təmirini ona etibar etdilər, 18 minlik qızıllar yoxa çıxdı

Gəncədə yaşayış evindən 18 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Ç.Nəcəfov saxlanılıb.

Məlum olub ki, həmin şəxs oğurluğun baş verdiyi evdə usta işləyirmiş. Onun oğurladığı qızıl-zinət əşyalarını satdığı müəyyən edilib.

Faktla bağlı araşdırma davam etdirilir.

Denmedia.az