Ağdam rayonunda 68 yaşlı qadın bədbəxt hadisə nəticəsində əl barmağını itirib.
Denmedia.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Əhmədağalı kəndində baş verib.
Belə ki, kənd sakini, 1958-ci il təvəllüdlü Yasəmən Əşrəf qızı Məmmədova tövlədə heyvanını bağlayarkən ip əlinə dolaşıb. Nəticədə qadının sol əlinin bir barmağı qopub.
Yaralı Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.