Geri qayıt Çap et

Qaxda evlərdən oğurluq edən şəxs tutuldu

Qax rayonunda evlərdən birindən məişət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən S.Məmmədli müəyyən edilərək saxlanılıb.

Araşdırmalar zamanı onun rayon ərazisində daha bir neçə evdən törədilmiş oğurluq hadisələrində də əli olduğu müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Denmedia.az