Geri qayıt Çap et

Abşeronda alovlar tövləni bürüdü – 7 ton ot yanıb külə döndü

Abşeron rayonunun Hökməli qəsəbəsində tövlədə yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar xəttinə məlumat daxil olub.

Hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alovun ətraf ərazilərə yayılmasının qarşısı alınıb.

Yanğın zamanı ümumi sahəsi 80 kvadratmetr olan taxta tövlə tamamilə yanıb. Bundan başqa, tövlənin ətrafına yığılmış 14 ton ot bağlamasının 7 tonu yanaraq külə dönüb.

Yanğınsöndürənlər ot bağlamalarının qalan hissəsini və yaxınlıqdakı tikililəri alovdan mühafizə etməyə nail olublar.

Yanğın tam söndürülüb.

Denmedia.az