Geri qayıt Çap et

Abşeronda dərs zamanı uşaqların halı pisləşdi – 8 nəfərə tibbi yardım göstərildi

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yerləşən 2 nömrəli məktəbdə bir neçə şagirdin dərs zamanı halı pisləşib.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.

Bildirilib ki, məktəb rəhbərliyi hadisəyə dərhal reaksiya verərək təcili tibbi yardım çağırıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, məktəbə göndərilən təcili yardım briqadası 8 nəfərə yerində tibbi yardım göstərib.

Hadisənin səbəbləri aidiyyəti qurumlar tərəfindən araşdırılır. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) də məsələni nəzarətə götürərək araşdırmaya başlayıb.

İlkin ehtimallara görə, şagirdlərin popkorndan zəhərlənmiş ola biləcəyi bildirilir. Lakin zəhərlənmə səbəbi hələlik rəsmi təsdiqini tapmayıb.

Denmedia.az