Geri qayıt Çap et

Bakıda VII sinif şagirdinin ölümü ilə bağlı prokurorluq araşdırma başladı

Bakının Yasamal rayonunda məktəbli qızın ölümü ilə bağlı prokurorluq araşdırmalara başlayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 28-də paytaxtın 225 nömrəli tam orta məktəbinin VII sinif şagirdi binanın dördüncü mərtəbəsindən yıxılıb.

Aldığı xəsarətlər nəticəsində məktəbli həyatını itirib.

Hadisənin başvermə şəraitinin müəyyənləşdirilməsi məqsədilə Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Denmedia.az