Geri qayıt Çap et

Mingəçevirdə “Hyundai” ilə “Chevrolet” toqquşdu

Mingəçevirdə iki avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Qəza şəhərin M.Maqomayev prospektində qeydə alınıb. “Hyundai” və “Chevrolet” markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər xəsarət alıb.

Yaralılar 2010-cu il təvəllüdlü sərnişin Murad Novruzlu və taksi kimi istifadə olunan avtomobilin sürücüsü, 1985-ci il təvəllüdlü Bəylər İsmayılovdur.

Hər iki şəxs müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Denmedia.az