Geri qayıt Çap et

İordaniyada kilsəyə silahlı hücum – Ölən və yaralananlar var

İordaniyanın Əl-Kərak vilayətində yerləşən kilsələrdən birində silahlı hücum baş verib.

Bu barədə ölkənin dövlət televiziyası məlumat yayıb.

Bildirilib ki, kimliyi müəyyən edilməyən silahlı şəxslər kilsənin daxilində atəş açıblar.

Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir. Onların sayı barədə hələlik məlumat verilməyib.

Polis hadisə ilə bağlı araşdırma aparır.

Denmedia.az